Mayk Pens

Mayk Pens
ing. Mike Pence[1][2]
20 yanvar 2017 – 20 yanvar 2021
PrezidentDonald Tramp
ƏvvəlkiCo Bayden
SonrakıKamala Harris
bayraq
İndiana ştatının 50-ci qubernatoru
bayraq2
14 yanvar 2013 – 9 yanvar 2017
ƏvvəlkiMaykl Daniels
SonrakıErik Holkomb
Şəxsi məlumatlar
Doğum adı Michael Richard Pence[3][1][…]
Doğum tarixi 7 iyun 1959(1959-06-07)[3][1][…] (64 yaş)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil, radioaparıcı[d]
Uşaqları 3[1]
Dini Katolisizm

İmzanın şəkli
trumpwhitehouse.archives.gov/…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maykl Riçard Pens (ing. Michael Richard "Mike" Pence; 7 iyun 1959[3][1][…]) — Amerikalı Respublikaçı siyasətçi, İndiana ştatının 50-ci qubernatoru və Amerika Birləşmiş Ştatlarının 48-ci vitse-prezidenti. 2000-ci ildə ABŞ Nümayəndələr Palatasına seçilmişdir.

Mayk Pens 1959-cu ildə ABŞ-nin İndiana ştatının Kolumbs şəhərində anadan olmuşdur. Hanover Kollecini bitirdikdən sonra İndiana Universitetinin Robert Makkinli hüquq məktəbində hüquqşünaslıq üzrə təhsil almışdır. 1988, 1990-cı illərdə ABŞ Konqresinə namizəd olsa da, seçilməmişdir. 1994–1999-cu illərdə siyasi və tənqidi fikirləri məşhurlaşmış, televiziya və radio verilişlərinə rəhbərlik etmişdir. 2000-ci ildə İndiana ştatından ABŞ Nümayəndələr Palatasına seçilmiş və 2013-cü ilə qədər bu vəzifədə qalmışdır. Mayk Pens siyasi karyerasında daha çox Çay partiyası hərəkatının ideoloqu və təəssübkeşi kimi tanınmışdır.[5][6]

2012-ci ildə İndiana ştatının 50-ci qubernatoru seçilmiş, 2013-cü ilin yanvar ayından etibarən vəzifələrinin icrasına başlamışdır. İndiana ştatının qubernatoru seçildikdən sonra ştat daxilində təhsil imkanlarının artırılması, vergi sisteminin nizamlanması və əhalinin rifah halının artılması sahəsində önəmli işlər görmüşdür. İndiana ştatında əldə edilmiş uğurlarla yanaşı, Mayk Pensin adı müxtəlif qalmaqallarla da hallanıb. İndiana ştatında Pensin qubernator olduğu müddətdə qəbul olunmuş Dini Azadlıqların Restavrasiyası Aktı iş dünyasının nümayəndələri və LGBT tərəfdarları tərəfindən müqavimətlə qarşılanmışdır. Nəticədə, Pens LGBT fərdlərinin hüquqlarını qoruyan əlavə qanun layihəsini qəbul etmək məcburiyyətində qalmışdır.[7] Bundan əlavə geniş müzakirələrə səbəb olmuş abort haqqında qanun layihəsi də Pens tərəfindən imzalanmışdır.

2016-cı ildə Amerika Birləşmiş Ştatlarında keçiriilən 58-ci prezident seçkiləri zamanı Mayk Pens ABŞ Respublikaçılar Partiyasının əsas namizədlərindən olan Donald Trampın vitse-prezidenti kimi mübarizəyə qoşulmuşdur. Respublikaçılar Partiyasının daxilində keçirilən praymerzlərdə qalib gələn Donald Tramp 2016-cı ilin 9 noyabr tarixində ABŞ Demokrat Partiyasından olan namizəd Hillari Klinton ilə apardığı prezidentlik mübarizəsində qalib gələrək 45-ci ABŞ prezidenti seçilmişdir. 2013-cü ildən etibarən İndiana ştatının qubernatoru vəzifələrini icra edən Mayk Pens 2017-ci ilin 20 yanvar tarixindən etibarən ABŞ-nin 48-ci vitse-prezidenti kimi vəzifələrinin icrasına başlayıb[8].

  1. 1 2 3 4 5 Vice President Mike Pence (ing.). 2017.
  2. Library of Congress Pence, Mike, 1959- // Library of Congress Name Authority File (ing.).
  3. 1 2 3 (not translated to en-gb) Tim Kaine v Mike Pence: what to know about the vice-presidential candidates (brit. ing.). The Guardian, 2016. ISSN 1756-3224; 1354-4322
  4. 1 2 GovTrack. 2004.
  5. Amber Phillips, 10 things you should know about Mike Pence, Donald Trump’s likely running mate Arxivləşdirilib 2019-12-13 at the Wayback Machine, The Washington Post (July 14, 2016).
  6. Michael Muskal, Mike Pence to run for Indiana governor: Republicans had expected Rep. Mike Pence, a 'tea party' favorite, to join the state race to succeed Gov. Mitch Daniels, who may make a run for the GOP presidential nomination Arxivləşdirilib 2018-06-23 at the Wayback Machine, Los Angeles Times (May 5, 2011).
  7. "Indiana business leaders embrace RFRA fix". Indy Star. 2 April 2015. 31 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 November 2016.
  8. "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-21.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search